KİRPİ TEKSTİL

Bizi seçməyiniz üçün başlıca səbəbiniz istehsal etdiyimiz bütün məhsullar yerlidir və Azərbaycanda istehsal olunur. Bu da sifarişlərinizin məhz sizin istəyinizə uyğun olmasına, istehsal müddətinin həddindən artıq tez olması, geyimlərdə və aksesuarlardaki sazlamaların, düzəlişlərin daha da əl çatan olmasına gətirir.

FUTBOL FORMALARI

Sublimasiya texnologiyası ilə həm uzunömürlü həm də ki, vizual olaraq cəlbedici görünən yüksək keyfiyyətli futbol formaların istehsalı üçün ən son texnologyalardan istifadə edirik. Sublimasiya texnologiyası ilə arzuladığınız xüsusi dizaynları bir başa parça üzərinə transfer edərək zamanla solmayan, rəngini dəyişməyən və digital dizaynlardakı ilə birəbir eyni şəkildə futbol formanıza əks etdiririk. Bununla yanaşı geyimləri bir neçə parça ilə təklif edirik, bu da sizə parçalarla bağlı seçim haqqı da verir. Təsis olunduğumuz gündən bəri “Kirpi Tekstil” olaraq bizi seçən müştərilərin meydançalarda seçilən və gözəl performans göstərmələrinə köməkçi olan idman geyimləri yaratmaqdan qürur duyuruq.

BASKETBOL FORMALARI

Sublimasiya texnologiyası ilə fabrikamızda, həm yüksək keyfiyyətli həm də vizual olaraq seçilən xüsusi dizyanlı basketbol formalarının istehsalında peşəkar komandamızla xidmətinizdəyik. Sublimasiya texnologiyası parçalara dolğun rəngləri və mürəkkəb dizaynları birəbir eyni şəkildə çap edə bilməyimizə şərait yaradaraq dayanıqlı və solmayan geyimlər istehsal etməyimizi asanlaşdırır. Bundan əlavə əlimizdə olan keyfiyyətli parçaları sizə təklif edərək dizyanla yanaşı zövqünüzə uyğun parça seçimini də sizə buraxırıq. Xüsusi dizaynlı basketbol forması sahibi olmaq artıq çox asandır!

VOLEYBOL FORMALARI

 Digər idman dəstləri kimi Voleybol formaları da sublimasiya texnologiyası ilə istehsal olunur. Yüksək keyfiyyətli və solmayan dizaynları formalarınızda əks etdirərək məhz sizin arzuladığınız formaları sizə təqdim edə bilməkdən qürur duyuruq. Çox çeşidli,  istəyinizə görə əlavələr edə biləcəyiniz formalar istehsal etmək, sizə parça seçimləri təqdim etmək və formalarınızdan tam şəkildə razı qalmanızı təmin etmək başlıca misyalarımızdan biridir. Sublimasiya texnologiyası bizə unikal formalar istehsal etməyimizə şərait yaradır ki, bu da məhz siz müştərilərimizin bu unikal, bənzərsiz və yüksək keyfiyyətli formalara sahib ola bilməyiniz imkanını verir.

 

SPORT DƏST

Xüsusi dizaynlı idman kostyumları, kitellər ilə tərzinizi yaradın! Kirpi Tekstil sizə möhtəşəm idman kostyumlarınızla oyununuzu və dəbinizi yüksəklərdə tutun. Unikal dizaynlarımız və rahat geyiminizlə meydançada və meydançadan kənarda fərqlənməyə hazır olun. Yalnız sizin üçün hazırlanmış fərdi idman kostyumlarında idman mükəmməlliyini və həyəcanını kəşf edin. Atletizm və modanın zirvəsini yaşayın. Tələsin! Möhtəşəm idman geyiminizlə potensialınızı üzə çıxarın!

HOODIE

Rahat və sizin tərzinizə uyğun geyimlər axtarırsınız? Hoodie, gündəlik köynək, sviter və idman şalvarları kimi zövqünüzə uyğun geyimlərdən ibarət kolleksiyamızı mütləq gözdən keçirin. Pambıq parçalardan istehsal olunan iki iplik, üç iplik geyimlərin, sadə köynəklərin üzərində arzuladığınız şəkil, yazı kimi dizyanların çapı ilə xüsusi dizaynlı geyimləri məhz bizə müraciət edərək əldə edə bilərsiniz. Geyimlərdəki çapları istər öz istəyinizlə seçə istərsə də bizim təkliflərimizin arasından sifariş edə bilərsiniz. Dahası üçün mütləq geyimlərimizə göz atın.

KURTKA

Xüsusi dizayn edilmiş möhtəşəm gödəkçələrlə zamansız incəliyi kəşf edin! Fərqlilik və incəliklə düşünülmüş dizaynlarla şah əsəri olan möhtəşəm gödəkçələrimizlə geyim kolleksiyanızı daha da zəngin edin. “Kirpi Tekstil” ilə xüsusi dizaynlı, istər idman klubunuza istər gündəlik həyatınızdaki maraq dairənizə uyğun gödəkçələr əldə etməyə tələsin  və hamıdan fərqlənin. Öz tərzinizi xüsusi incəliklə yaradın!

T-SHIRT

Xüsusi dizaynlı köynəklərlə üslubunuzu açın! sizə məxsus köynəklərin möhtəşəm kolleksiyası ilə qarderobunuzu zənginləşdirin . DTF və Fleks  çapı ilə tək rəngli sadə köynəklərdən tutmuş xüsusi dizaynlı sublim texnologiyası ilə istehsal olunan köynəklərə qədər istədiyiniz tərzdə köynəkləri məhz bizdən əldə edə bilərsiniz. Fərdiliyinizi əks etdirən unikal dizaynlarla ətrafınızdakılardan fərqlənin. Son dərəcə dəqiqlik və yüksək keyfiyyətlə, xüsusi dizaynlı köynəklərimiz hər anınız üçün mükəmməldir. Dahası üçün mütləq geyimlərimizə göz atın.

POLO

SUBLIM POLO

Xüsusi dizaynlı sublim polo köynəklərinizlə tərzinizi yüksəkdə tutun! Xüsusi dizaynlı polo köynəklərimizin möhtəşəm kolleksiyası ilə incəlik və unikallıq sahəsinə addımlayın. Müasir dizaynlarımız sonsuz zəriflik və sizin tərzinizi əks etdirir. Fərqli zövqünüzü əks etdirən unikal və incə dizaynlarla ətrafınızdakılarda unudulmaz təəssüratlar yaradın. Tələsin! elə indicə bizim xüsusi dizayn edilmiş möhtəşəm polo köynəklərimizlə qarderobunuzu zənginləşdirin!

YAĞMURLUQ

Bütün növ geyimlərdə olduğu kimi “Kirpi Tekstil” tərəfindən dizayn edilmiş xüsusi dizaynlı möhtəşəm yağmurluqlarla fərqliliyinizi ortaya çıxarın!. Yağmurluqlar, sizə istənilən hava şəraitində rahatlığı və seçilən üslubu vəd edir. Fərqiliyinizi əks etdirən unikal dizaynlarla zövqünüzə uyğun geyimləri bizimlə kəşf edin. Mükəmməllik və yüksək keyfiyətin birləşməsi ilə, bizim xüsusi dizayn edilmiş möhtəşəm yağmurluqlarımız qarderobunuza yeni fərqlilik  gətirir. Tələlsin! Öz tərzinizi yaradın!

SWEATER

İDMAN AKSESUARLARI

Xüsusi dizaynlı geyimlərdən əlavə “Kirpi Tekstil” olaraq,  sizə dəstinizi tamamlayacaq idman, promo və ya gündəlik aksesuarlar da təklif edir.  Kepkalar və papaqlar, xüsusi dizaynlı şərflər, çantalar, fəqli növlərdə bel çantaları kimi bir sıra seçimləri bir ünvanda cəmləyərək geyim dəstinizi tamamlaya biləcəyiniz rahatlığı təklif edirik.  

KEPKA